Üç əsrin şahidi olan Yaqublu MƏKTƏBİ - FOTO

Üç əsrin şahidi olan Yaqublu MƏKTƏBİ - FOTO

Hazırda oxunan: Üç əsrin şahidi olan Yaqublu MƏKTƏBİ - FOTO

133403

Oğuz rayonu Tale Babayev adına Yaqublu kənd tam orta məktəbin 125 illiyi münasibətilə “Üç əsrin şahidi məktəb” adlı tədbir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  tədbirdə təhsil ocağının yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verilib.

Bildirilib ki, təcrübəli pedaqoji kollektivi olan məktəbin öz peşəsinə ürəkdən bağlı, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərən müəllimləri var.

Tədbirdə təhsil müəssisəsinin tarixi və qazandığı uğurlarından bəhs edən videoçarxlar nümayiş olunub.

Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Məktəbin qabaqcıl müəllimləri və şagirdləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO