Tərtərdə baş verən mina partlayışın TƏFƏRRÜATI 

Tərtərdə baş verən mina partlayışın TƏFƏRRÜATI 

Hazırda oxunan: Tərtərdə baş verən mina partlayışın TƏFƏRRÜATI 

133402

Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub. 

Bizim.Media xəbər verir ki, hadisə Talış kəndində qeydə alınıb.

Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub. 

"RPS Energy Ltd." şirkəti əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb.

Partlayan TM62 PM-nin markalı tank əleyhinə mina olduğu ehtimal edilir. 

Hadisə nəticəsində zərərçəkmiş şəxslər "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir. Faktla bağlı cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO