Zaqatalada 38 yaşlı qadını it dişlədi

Zaqatalada 38 yaşlı qadını it dişlədi

Hazırda oxunan: Zaqatalada 38 yaşlı qadını it dişlədi

133368

Bu gün axşam saatlarında rayonun Yuxarı Tala və Makov kəndləri ərazisində iki nəfəri it dişləyib.  

Rayon mərkəzi xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata əsasən birinci it dişləmə hadisəsi rayonun Yuxarı Tala kənd ərazisində baş verib.   

Belə ki, 7 yaşlı Seyran Əhmədzadə it hücumuna məruz qalıb.  

Digər hadisə isə Makov kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Dilbər Əliyeva it dişləməsi xəsarəti ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

Həkimlər hər iki şəxsə dərhal ilkin tibbi yardım göstərib, ilk növbədə quduzluq əleyhinə zərdab vurulub. Bir müddət xəstəxanada saxlanılan sakinlərin həyatı üçün təhlükə sovuşduğundan müalicə və müayinələrini davam etdirmək məqsədi ilə evə-ambulator müalicəyə buraxılıblar.

Tural Rasim Oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO