Reyhan Müslümovanın bacısı:

Reyhan Müslümovanın bacısı: "Həkim sərxoş halda onu əməliyyat edib" - VİDEO 

Hazırda oxunan: Reyhan Müslümovanın bacısı: "Həkim sərxoş halda onu əməliyyat edib" - VİDEO 

133340

“Plastik əməliyyat etdirməyə gedəcəkdi. Yatdı, yuxuda özünü qan içində gördü. Dedi ki, yox, getməyəcəyəm. Bir aydan sonra dedi ki, gedəcəyəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum müğənni Reyhan Müslümovanın bacısı İsmət xanım qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

53 yaşında cərrah masasında dünyasını dəyişən bacısından söz açan İsmət xanım bildirib ki, plastik cərrah sərxoş vəziyyətdə onu əməliyyat edib: 

“Həkim sərxoş halda gəlib əməliyyata girmişdi. Bacım da ona tort aparmışdı. Əməliyyat olmazdan əvvəl işıqlar sönüb, güzgü sınıb. Bacıma rəfiqəsi zəng edib dedi ki, getmə, Reyhan, bu gün pis gündür. Bacım şəkər xəstəliyindən əziyyət çəkirdi.

Amma hər yeri təbii idi. 12 kiloya yaxın piy götürmüşdü. Birdən-birə o qədər götürmək olmaz axı. Axırda “narkoz”dan ayılmadı. Bizim də xəbərimiz yox idi. Həkim qohumumuz gəldi, dedi ki, ölüb, heç olmasa, evə aparın. Bacımın iki övladı qaldı”. 
Qeyd edək ki, R.Müslümovanı əməliyyat edən cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılıb. O, müğənninin ölümündən sonra çox böyük stress və əsəb keçirib və bir il sonra o, da dünyasını dəyişib. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO