Laçında əllə hazırlanan minalar aşkarlanıb – ANAMA rəsmisi 

Laçında əllə hazırlanan minalar aşkarlanıb – ANAMA rəsmisi 

Hazırda oxunan: Laçında əllə hazırlanan minalar aşkarlanıb – ANAMA rəsmisi 

133326

"Azad olunan ərazilərdə ən çox aşkarlanan PMN-Э minalarıdır". 

Bizim.Media xəbər verir ki, bunu ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib. 

O bildirib ki, həmin minalar Ermənistan istehsalıdır. 

"Laçın rayonunda minalar aşkarlanıb və həmin sursatlar 2021-ci il istehsalıdır. Azad olunmuş ərazilərdə həmçinin, antenalı minalar da çox aşkarlanıb. Laçın şəhərində bu tip minalar da tapılıb. Laçın şəhərində həmçinin, əldə düzəltmə partlayıcı qurğular da aşkarlanıb", - deyə S.Poladov əlavə edib. 

Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilat nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən brifinq təşkil edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO