Azərbaycanda daha bir yeniyetmə qız ANA OLACAQ

Azərbaycanda daha bir yeniyetmə qız ANA OLACAQ

Hazırda oxunan: Azərbaycanda daha bir yeniyetmə qız ANA OLACAQ

133268

Quba rayonunda 17 yaşlı qızın rayon Mərkəzi Xəstəxanasına doğuşa gəlməsi ilə bağlı məlumat yayılıb. 

Bizim.Media xəbər verir ki, Xaçmaz rayon sakini olan A.X. ötən gün xəstəxanaya müraciət edib. 

Qızın yetkinlik yaşına çatmadığı dövrdə hamilə qalması müəyyən olunduqdan sonra polisə hadisə ilə bağlı məlumat verilib. 
Quba rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya fakt təsdiqlənib. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Qeyd edək ki, Azərbaycanda 17 yaşına çatmamış şəxslərin nikaha daxil olması qanunla qadağandır. Həmçinin, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO