II Qarabağ savaşında iki oğul itirən şəhid anası qarət olunub. Hadisə iki gün əvvəl Mingəçevir Şəhidlər Xiyabanında baş verib.
Bu barədə Bizim.Media-ya şəhid anası Maya Quliyeva məlumat verib.
Onun sözlərinə görə şəhid qardaşlar Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğlanlarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına gəlib.
Balalarının məzarını təmizləmək istəyərkən dəsmal yumaq üçün uzaqlaşan ana çantasını məzarların yanında qoyub. Bu zaman onun çantasından telefon və pulqabı oğurlanıb.
Maya Quliyeva qeyd edib ki, iki balasını şəhid verən ana onların telefondakı şəkilləri, videogörüntüləri və qalan səsləri ilə nəfəs alırdı.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev Bizim.Media-ya bildirib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub. Hazırda saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Qeyd edək ki, Hər iki qardaş II Qarabağ savaşındakı döyüşlərdə qəhrəmanlıqları ilə seçilib və Ağdərə rayonu istiqaməti uğrunda gedən döyüşlərdə şəhid olublar.
İslam Əhmədov və qardaşı Əli Əhmədov Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediliblər.
Ana oğlanlarını atasız böyütmüşdü. Birinin 27, digərinin 26 yaşı vardı. Onlardan biri nişanlı, digəri subay idi. Qohum əqrəba Əlinin toyuna hazırlaşırdı. Bəy kostuyumu da elə otağında asılı qalıb. Vətən müharibəsinin ilk günü Sevinc ana əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alıb. Yaxınları Əlinin yaxşı tankçı olduğunu deyib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 28.04.2023
Şəhid oğlanlarını ziyarətə gedən ana QARƏT OLUNDU - FOTO
Hazırda oxunan: Şəhid oğlanlarını ziyarətə gedən ana QARƏT OLUNDU - FOTO
Hazırda oxunan: Şəhid oğlanlarını ziyarətə gedən ana QARƏT OLUNDU - FOTO
133225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.