Zaqatalada BƏDBƏXT HADİSƏ: Alça yeyən 3 yaşlı uşaq öldü

Zaqatalada BƏDBƏXT HADİSƏ: Alça yeyən 3 yaşlı uşaq öldü

Hazırda oxunan: Zaqatalada BƏDBƏXT HADİSƏ: Alça yeyən 3 yaşlı uşaq öldü

133165

Bu gün axşama doğru Zaqatalanın Əliabad qəsəbəsində 3 yaşlı uşaq alçanın qurbanı olub.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon mərkəzi xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Əliabad qəsəbə sakini, 3 yaşlı David Bəşirovun yaşadığı ünvanda həyətdəki alçadan yeyərkən tənəffüs yolunda alça tıxanıb. Yaxınları ona yardım edə bilmədiyindən hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin 3 yaşlı David xəstəxanaya aparılarkən nəfəs çatışmazlığından yolda keçinib.  

Hadisənin təfərrüatları araşdırılır.   

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO