Bayden Ancelina Colini Ağ Evə dəvət etdi - FOTO

Bayden Ancelina Colini Ağ Evə dəvət etdi - FOTO

Hazırda oxunan: Bayden Ancelina Colini Ağ Evə dəvət etdi - FOTO

133046

Dünyaca məşhur aktrisa Ancelina Coli övladlığa götürdüyü oğlu Maddoksla Ağ Evdə ziyafətə qatılıb. 

Bizim.Media xəbər verir ki, ABŞ prezidenti Co Bayden Cənubi Koreya prezidenti Yoon Seok-yeol və onun həyat yoldaşı Kim Kon Heeni ABŞ və Koreya Respublikası arasında əlaqələrin 70-ci ildönümünü qeyd etmək üçün qəbul edib. 

Kinoulduz mötəbər tədbirə ağ libasda gəlib. Coli geyimin üzərinə eyni rəngdə  “vintaj” tərzində “Chanel” brendindən pencək geyinib. 

Xatırladaq ki, Ancelina Colinin 2002-ci ildə övladlığa götürdüyü oğlu Maddoks Seuldakı Yonsey Universitetində oxuduğu Cənubi Koreyadan qayıdıb. O, Koreya dilini öyrənib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən dərslər onlayn formata keçib və Maddoks ABŞ-a qayıtmalı olub. 
Qeyd edək ki, Ancelina Coli və onun keçmiş əri Bred Pittin altı övladı var: övladlığa götürülmüş Paks, Maddoks və Zahara və bioloji Şilo, Vivyen və Knoks. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO