Ermənilərin çoxu Qarabağı TƏRK EDƏCƏK

Ermənilərin çoxu Qarabağı TƏRK EDƏCƏK

Hazırda oxunan: Ermənilərin çoxu Qarabağı TƏRK EDƏCƏK

133018

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağın erməni əhalisinin yalnız iki yolu var: ya Azərbaycan vətəndaşı olub reinteqrasiya prosesinə qoşulmaq, ya da regionu tərk edib yeni yaşayış yeri seçmək. Ancaq Xankəndidəki separatçılar bu ifadənin mənasını anlamırlar, yalnız "Qarabağı xilas etmək” ümidi ilə yaşayırlar.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Laçın-Xankəndi yolunun əvvəlində keçid məntəqəsinin quraşdırılmasına başladıqdan sonra separatçılar Azərbaycan Prezidentinin niyyətinin ciddiliyinə əmin olublar. 

Bizim.Media haqqın.az saytına istinadən xəbər verir ki, indi həm yerli sakinlər, həm də xarici ekspertlər hadisələrin gələcək inkişafı ilə bağlı müxtəlif fərziyyələr irəli sürürlər.

Karnegi Fondunun eksperti Kirill Krivoşeyev yazır ki, Azərbaycan-Ermənistan münaqişəsində dönüş “Laçın dəhlizi”nin tamamilə Bakının nəzarətinə keçməsindən sonra başlayıb. Ötən həftə baş nazir Nikol Paşinyan parlamentdə demişdi ki, Ermənistan yalnız bir şərtlə sülhə nail ola bilər:

Azərbaycanın SSRİ sərhədləri daxilində ərazi bütövlüyünü tanımaq, yəni keçmiş Dağlıq Qarabağ regionuna hər hansı iddiadan əl çəkmək. Paşinyanın bəyanatı geniş rezonans doğurdu və bundan cəmi bir neçə gün sonra Azərbaycan öz keçid məntəqəsini Həkəri körpüsündə yerləşdirdi.
“Görünür, İrəvan həqiqətən də Qarabağdan birdəfəlik imtina etməyə və bundan sonrakı bütün nəticələrlə barışmağa hazırdır”, – Krivoşeyev deyir.

Ekspertin fikrincə, keçid məntəqəsinin yaranması “erməni tərəfi üçün bir çox yeni və həlledilməz suallar yaradır”. 

Bu sualları üç əsas suala qədər azaltmaq olar: 

Azərbaycan sərhədçiləri səyahət üçün hansı sənədləri tələb edəcəklər? 

"Şübhəli görünən” erməniləri saxlaya biləcəklərmi? 

Belə çıxır ki, yalnız Ermənistana giriş açıq olacaq, sərhədi keçənlərin Qarabağa qayıtmağa “heç bir əsası” olmayacaq?

İndi ermənilər yeni reallıqla barışacaqmı? Deyəsən, bunun vaxtı gəlib çatıb. İrəvan başa düşüb ki, nə kütləvi etirazlar, nə də ki, beynəlxalq tərəfdaşlar Qarabağın taleyinə təsir etməyəcək.

“Hazırda Qarabağ Ermənistan üçün ağrıyan və əzab verən dişdir. Hansı ki, onu ağrısız çıxartmaq mümkündür. Bu faktı, görünür, Qarabağ erməniləri yaxşı başa düşürlər”, - Krivoşeyev qeyd edir.

Qarabağ ermənilərini nə gözləyir? Krivoşeyev hesab edir ki, indi Qarabağda nə etnik təmizləməyə, nə də separatçıların partizan müharibəsinə əsas var.

“Azərbaycan hakimiyyətinin bəyanatlarına əsasən, onlar ermənilərə digər milli azlıqlar (talışlar, ləzgilər, tatlar) kimi yanaşırlar. Yəni, xüsusi muxtariyyətlər və uyğunlaşma proqramları olmayacaq, - ekspert bildirir. - Eyni zamanda, Azərbaycan pasportunun alınması çətin ki, sadə məsələ olsun.

Sözsüz ki, müəyyən bir gözləmə müddəti tətbiq olunacaq, bu müddət ərzində Qarabağda qalan ermənilər yeni reallıqla üzləşəcəklər. Və ola bilsin ki, sonda Ermənistana köçməyə qərar verəcəklər”.

Krivoşeyev bildirir ki, bu halda da çoxlu suallar yaranır. Məsələn, daşınmaz əmlakın taleyi bəlli deyil: erməni Qarabağda mülk sata biləcəkmi?

“Yəqin ki, Azərbaycan hakimiyyəti regionun yerli sakinlərinə və Ermənistandan gələn mühacirlərə fərqli yanaşacaq. Bütün bunlar Qarabağ ermənilərinin kütləvi şəkildə mühacirətini ən real varianta çevirir. Yalnız yaşlı insanlar qalacaq. Belə insanlar onsuz da siyasi həyatda iştirak etmirlər və hakimiyyətə problem yaratmırlar.

Azərbaycan hətta əhəmiyyətli dərəcədə region standartlarına uyğun olaraq onlara layiqli pensiya təyin edə və təhlükəsizliklərini qorumaq üçün QHT-lərdən könüllülər göndərə, sonra isə televiziyada “xalqlar dostluğu” haqqında süjetlər göstərə bilər.
Belə bir ssenari şübhəsiz ki, erməni cəmiyyətini qəzəbləndirəcək. Axı bu, təkcə milli qürurla bağlı deyil, həm də gündəlik çətinliklərlə bağlıdır: Qarabağdan olan 20 minə yaxın miqrantı üç milyondan az Ermənistanda yerləşdirmək asan olmayacaq”, - müəllif yazır.

Karnegi Fondunun əməkdaşı qeyd edir ki, İrəvan Qarabağa olan iddialarından əl çəksə belə, münaqişə Azərbaycanla sərhəddə qala bilər. Məsələ burasındadır ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi hələ də həll olunmamış qalır. 

Müəllifin fikrincə, Ermənistan cəmiyyəti Qarabağdan imtina ilə barışıb və hazırda dərin depressiyadadır. Türkiyə ilə sərhədləri açmaq, Avropa İttifaqı ilə yaxınlaşmaq və nəticədə sosial-iqtisadi inkişafı sürətləndirmək cəmiyyəti bu vəziyyətdən çıxara bilər.

“Ancaq Rusiya ilə münasibətləri qaçılmaz deqradasiya gözləyir, çünki Qarabağ mövzusu yox olacaq. Köhnə elitadan yalnız bir neçə müxalifətçi iddia edəcək ki, bunun günahkarı Paşinyanın özüdür: əgər o, Krımı Rusiyanın ərazisi kimi tanısaydı, onda hər şey başqa cür olardı. Və ümumiyyətlə, Moskvanın təsiri Ankara, Brüssel və Vaşinqtonun təsiri ilə eyni səviyyədə olacaq”, - deyə Krivoşeyev yekunlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO