Baxmut və Marinka uğrunda qızğın döyüşlər gedir - OPERATİV XÜLASƏ

Baxmut və Marinka uğrunda qızğın döyüşlər gedir - OPERATİV XÜLASƏ

Hazırda oxunan: Baxmut və Marinka uğrunda qızğın döyüşlər gedir - OPERATİV XÜLASƏ

133007

Ukrayna Müdafiə Qüvvələri düşmənin 54 hücumunu dəf edib, Baxmut və Marinka şəhərləri uğrunda qızğın döyüşlər gedir.

Bizim.Media “Ukrayinska pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi əməliyyatların operativ xülasəsində məlumat yayıb.

“Rusiya Federasiyası əhəmiyyətli itkilərə baxmayaraq, ərazimizi işğal etmək planlarından əl çəkmir. Həm hərbi, həm də mülki hədəflərə zərbələr endirir, atəşə tutur.

Düşmən əsas səylərini Baxmut, Avdeyevsk və Marinka istiqamətlərində hücum əməliyyatları keçirməyə cəmləşdirir. 

Rus ordusu ötən sutka ərzində qoşunlarımızın mövqelərinə və mühüm yaşayış məntəqələrinin infrastrukturuna 7 raket və 39 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 61 dəfə atəş açıb.
Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 11 zərbə endirib. Həmçinin düşmənin 6 pilotsuz uçuş aparatı məhv edilib. Raket qoşunları və artilleriya bölmələri isə düşmənin 2 hava hücumundan müdafiə sistemini və daha 2 mühüm hərbi obyektini vurub”, - deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO