İplə boğularaq öldürülən 18 yaşlı gəncin qətlinin TƏFƏRRÜATI 

İplə boğularaq öldürülən 18 yaşlı gəncin qətlinin TƏFƏRRÜATI 

Hazırda oxunan: İplə boğularaq öldürülən 18 yaşlı gəncin qətlinin TƏFƏRRÜATI 

132988

Aprelin 22-nə keçən gecə Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Ramin Zaur oğlu Hacıyevin əmisi oğlu tərəfindən iplə boğularaq qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin qısqanclıq zəminində baş verməsi müəyyən edilib.  

İlkin araşdırmalar zamanı məlum olub ki, qəsəbə sakini, 1994-cü il təvəllüdlü Tural Hacıyev gecə saat 3 radələrində yaşadığı evin həyətində Quşçu kəndində yaşayan əmisi oğlunu görüb.

O, qısqanclıq zəminində əmisi oğluna hücum edərək onu boğmağa başlayıb və hadisə yerində öldürüb. 

O da məlum olub ki, 5 il əvvəl Ramin Hacıyevin atası Zaur Hacıyev də Şamaxıda qətlə yetirilib. Belə ki, 2018-ci il yanvarın 18-də “Acıdərə” adlanan ərazidəki fermada çobanlıq edən Zaur Hacıyev qonşu fermada yaşayan Natiq Bünyadov tərəfindən odlu silahla öldürülüb. Həmin hadisənin də qısqanclıq zəminində törədilməsi məlum olub. 
Araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO