İntizam komissiyası deputatlarla bağlı hansı tədbirləri görə bilər? – ARAŞDIRMA 

İntizam komissiyası deputatlarla bağlı hansı tədbirləri görə bilər? – ARAŞDIRMA 

Hazırda oxunan: İntizam komissiyası deputatlarla bağlı hansı tədbirləri görə bilər? – ARAŞDIRMA 

132931

Milli Məclisdə bir sıra digər komitələrlə yanaşı İntizam komissiyası da fəaliyyət göstərir. Bu günə qədər İntizam Komissiyası tərəfindən qanunu pozan bir sıra deputatların işinə baxılıb. 

Həmin deputatlardan biri Eldəniz Səlimov olub. O, Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməkdə, Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə təqsirli bilinərək, Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ondan əvvəl 2 avqust 2021-ci tarixində parlamentin İntizam komissiyasının iclasında deputatın toxunulmazlığı ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunub. Parlamentin 3 avqust 2021 tarixli iclasında deputatın toxunulmazlığı ləğv olunur. 
Digər deputat Rafael Cəbrayılov isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, 2021-ci ilin sentyabrında həbsdə olarkən koronovirusdan vəfat edib. Rafael Cəbrayılov deputat mandatından imtina ilə əlaqədar müraciət etdiyindən onun məsələsinə parlamentin İntizam komissiyasında baxılmayıb. 

Görəsən, İntizam Komissiyasının fəaliyyəti nədən ibarətdir? O, hansı cəzaları verə bilər? 

Bununla bağlı İntizam komissiyasının sədri Eldar İbrahimovla əlaqə saxlamaq istəsək də, zənglərimiz cavabsız qalıb.

İntizam Komissiyasının üzvü Hikmət Babaoğlu da bu barədə açıqlama vermək səlahiyyətinin komissiya sədri Eldar İbrahimova aid olduğunu əsas gətirməklə sualı cavablandırmayıb.

Qeyd edək ki, Milli Məclisin İntizam komissiyası geniş səlahiyyətlərə malikdir. Komissiya deputatların etnik davranış qaydalarına riayət etməsinə nəzarəti həyata keçirməklə yanaşı, bir sıra intizam tədbirlərini də görmək səlahiyyətindədir. 

İntizam Komissiyası deputatla bağlı töhmət intizam tədbirinin görülməsi qərarını qəbul edə, yaxud deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi barədə rəy qəbul edib Milli Məclisin müzakirəsinə təqdim edə bilər.
Bundan əlavə, deputat toxunulmazlığına xitam verilməsi haqqında Baş Prokurorun təqdimatına Milli Məclisin Sədrinin göndərişi əsasında baxıb müvafiq rəy qəbul etmək və Milli Məclisin müzakirəsinə təqdim etmək də İntizam Komissiyasının səlahiyyətindədir. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO