Xocalı ilə bağlı “France 24” kanalı da veriliş yayımladı

Xocalı ilə bağlı “France 24” kanalı da veriliş yayımladı

Hazırda oxunan: Xocalı ilə bağlı “France 24” kanalı da veriliş yayımladı

13287

“France 24” televiziya kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ konqresmenindən Xocalı soyqırımı ilə əlaqədar BƏYANAT - FOTO


Verilişdə bildirilib ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra problemlərlə üzləşdiyi və çalxalandığı bir vaxtda Azərbaycan 1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş qətliamın 29-cu ildönümünü qeyd edir.

Düşmən üzərində qələbədən sonra qətliam qurbanlarının xatirəsinin anımı xüsusi məna daşıyır.

Verilişdə “France 24”ün jurnalistinin qətliamın acılarını yaşamış Xocalı sakini Mehriban xanımın evində olduğu və onun ermənilər tərəfindən mülki insanlara qarşı törədilmiş qəddarıq barədə danışdığı diqqətə çatdırılıb.

Xocalı soyqırımının 29-cu ildönümü günü Bakıda şəhər sakinlərinin faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gələrək, gül-çiçək dəstələri qoyduqları qeyd edilib.

Verilişdə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınmasının önəmini bildirib.

Həmçinin verilişdə baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Ermənistanda etiraz dalğasının səngimədiyi bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin “əgər Ermənistan əldə olunmuş razılığa riayət etməsə, o zaman özünü daha çətin vəziyyətə salacaq” fikri səsləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO