Xocalı soyqırımı – İnsanlıq əleyhinə cinayət

Xocalı soyqırımı – İnsanlıq əleyhinə cinayət

Hazırda oxunan: Xocalı soyqırımı – İnsanlıq əleyhinə cinayət

13273

XX əsrin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımından 29 il keçir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalı şəhərinin sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi, heç şübhəsiz, erməni vandalizminin bariz nümunəsidir.

Qətliam zamanı qadın, uşaq və qocaların xüsusi qəddarlıqla öldürülməsi, əsir və girov götürülmüş insanların amansız işgəncələrə məruz qalması, 8 ailənin tamamilə məhv edilməsi və digər faktlar bu faciənin bəşəriyyətə qarşı cinayət və soyqırımı olduğunu göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

Horadiz-Ağbənd dəmir yolu bizi Naxçıvana bağlayan dəmir tellər olacaq


Ümumiyyətlə, tarixi faktlar deməyə əsas verir ki, Xocalı faciəsi dinc əhalinin kütləvi qətliamı kimi tarixə düşmüş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımıları ilə eyni sırada yer alır.

Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı fəal iş aparılır

İlk dəfə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilən Xocalı soyqırımının dünyada tanıdılması ilə əlaqədar ardıcıl işlər görülür.

Hər il respublika miqyasında, eləcə də xarici ölkələrdə Xocalı faciəsinin ildönümü tədbirlərinin yüksək səviyyədə keçirilməsi böyük əhəmiyyət daşıyır.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması erməni vandalizminin və yalanlarının ifşası baxımından olduqca önəmlidir.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bütövlükdə müsbət nəticələr verir.

Beləliklə, görülən işlərin nəticəsi olaraq bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib.

Bəzi ölkələrin, o cümlədən ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmadı

Bu gün Xocalı faciəsinin 29-cu ildönümü ərəfəsində faciə qurbanlarını ehtiramla yad edərkən, eyni zamanda, torpaqlarımızın işğaldan azad olunmasını iftixarla qeyd edirik.

Bəli, Vətən müharibəsi həm ölkəmizin ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpası ilə nəticələndi. Eyni zamanda, Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmadı.

44 günlük müharibə zamanı qalib Azərbaycan Ordusu tərəfindən məhv edilən terrorçular sırasında bu soyqırımının icraçıları da var. 

Əlbəttə, gün gələcək, bu soyqırımında iştirak etmiş, əli soydaşlarımızın qanına batmış bütün erməni cəlladları ədalət mühakiməsinə cəlb olunacaqlar. Onların qanun qarşısında cavab verəcəkləri gün uzaqda deyil!

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO