Kardiologiya İnstitutunda niyə bir həftədir yoxlama GEDİR? – Səhiyyə Nazirliyindən AÇIQLAMA

Kardiologiya İnstitutunda niyə bir həftədir yoxlama GEDİR? – Səhiyyə Nazirliyindən AÇIQLAMA

Hazırda oxunan: Kardiologiya İnstitutunda niyə bir həftədir yoxlama GEDİR? – Səhiyyə Nazirliyindən AÇIQLAMA

132704

Xəbər verildiyi kimi Səhiyyə Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutunda bir həftə əvvəl yoxlamalar başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Bizim.Media-ya yoxlamaların hansı səbəbdən aparılması səbəbini açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kardiologiya İnstitutunda yoxlama başladı


Onun sözlərinə görə Nazirliyin tabeliyində olan müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə planlaşdırılmış daxili monitorinqlər keçirilir:

“Elmi-Tədqiqat Kardiologiya İnstitutunda da aparılan monitorinqlər bu tədbirlər çərçivəsində həyata keçirilib”.

Qurum rəsmisi yoxlamaların nə zaman bitəcəyi və nəticələrin nədən ibarət olması barədə əlavə məlumatlar verməyib. 

Məlumatlara görə Kardiologiya İnstitutunda aparılan monitorinq mərhələli şəkildə digər institutlarda da davam etdiriləcək.

Qeyd edək ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun adı dəfələrlə qalmaqallarda hallanıb. Mediada İnstitut direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə də bir sıra digər ciddi nöqsanlarla bağlı məlumatlar yayılıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO