Özünü İslam ölkəsi hesab edən İran yenə də ənənəsini pozmayaraq ermənilərin qondarma soyqırımı qeyd etmələrinə yaşıl işıq yandırıb. Tehran rejimi bu məsələdə ermənilərə imkan yaratmaqla kifayətlənməyərək, qondarma soyqırımın təntənəli şəkildə qeyd olunmasına da hərtərəfli şərait yaradıb. Dünən İranın paytaxtı Tehranda qondarma "erməni soyqırımı"nın “ildönümü” ilə bağlı yürüş keçirilib.
Tehranın "Müqəddəs Sarkis" kilsəsində keçirilən tədbirə çox sayda erməni qatılıb. Ölkədəki etiraz aksiyalarını silah gücünə yatıran molla rejimi isə, sıra ermənilərə gələndə susmağa üstünlük verib.
Bizim.Media-ya açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Tehran bu avantüraya getməklə türk dünyasına qarşı düşmənçilik siyasətini davam etdirdiyini ortaya qoyur:
MÖVZU İLƏ BAĞLI:
İran mətbuatı Azərbaycana qarşı təxribatlardan niyə əl çəkmir?
“İranın bu hərəkəti Azərbaycan və Türkiyəyə qarşı yönəldilmiş avantüradır. Bu sağlam rəqabət deyil. İranda da gözəl bilirlər ki, tarixdə erməni soyqırımı olmayıb.
Bu uydurma soyqırım ermənilərdən daha çox, onların havadarlarının Türkiyəyə qarşı təxribat siyasətidir. İranın da həmin oyunda yer alması onun çirkin niyyətini ortaya qoyur. İran da həmin avantüraya qoşularaq, türk dünyasına qarşı düşmənçilik siyasətini davam etdirir.
Zaman-zaman bunu İran hakimiyyətinin bu və ya digər məsələlərə münasibətdə sərgilədiyi fəaliyyəti nəticəsində müşahidə etmişik. Türk dövlətləri arasında əlaqələrin son illər bütün sahələr üzrə inkişafı və dərinləşməsi də Tehranı narahat edir.
Bu fonda İran təklənəcəyi və təklənmə nəticəsində mövcud rejimin çökəcəyini bilir. Ona görə də Tehran hakimiyyəti isterik vəziyyətdə hər yerdə və hər fürsətdən sui-istifadə edərək türk dövlətlərinə qarşı öz nifrətini püskürür”.
Rüfət Sultan, Bizim.Media