Qarabağda daha 303 hektar ərazi minadan təmizlənib

Qarabağda daha 303 hektar ərazi minadan təmizlənib

Hazırda oxunan: Qarabağda daha 303 hektar ərazi minadan təmizlənib

132621

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb. 

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, aprelin 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 13, tank əleyhinə 12 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 

Bildirilib ki, 303 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO