Sahil Babayev:

Sahil Babayev: "Azərbaycanda sahibkarların köməkliyilə 282 min nəfər işə düzəldilib"

Hazırda oxunan: Sahil Babayev: "Azərbaycanda sahibkarların köməkliyilə 282 min nəfər işə düzəldilib"

132618

Son 5 ildə Azərbaycanda məşğulluq orqanları vasitəsilə və sahibkarların köməkliyi ilə 282 min nəfər işə düzəldilib. 

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib. 

Nazir, həmçinin 14 min nəfərin peşə hazırlığına cəlb olunduğunu bildirib: 

"2 000 nəfərə yaxın işsiz işlə təmin edilib. Bütün aktiv məşğulluq tədbirləri sahibkarların ciddi dəstəyi olmadan həyata keçirilə bilməzdi. Qeyd edim ki, Azərbaycanda özünəməşğulluq proqramının icrasına 2017-ci ilin sonlarından başlanılıb.

Keçən il bu proqram 16 min şəxsi əhatə edib. Bu proqram xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafı baxımından önəmlidir. Ötən dövr ərzində proqram çərçivəsində 60 mindən çox ailəyə mikro və kiçik biznesin qurulması üçün dəstək göstərilib". 

"Azərbaycanda sahibkarların ciddi Korporativ Sosial Məsuliyyət (KSM) layihələri də həyata keçirilir. Xüsusilə pandemiya dövründə qısa müddət ərzində 5 milyon insanı əhatə edən sosial dəstək paketləri həyata keçirildi. Hökumət də sahibkarlarımıza bu barədə müraciət ünvanladı. Azərbaycanda pandemiya dövründə əmək müqavilələrinin sayı nəinki azalmadı, hətta artdı.
6 aylıq bir dövrdə sahibkarlar yüz minlərlə dəstək paketlərini işsizlərə təqdim etdi. Vətən müharibəsindən sonra da sahibkarlar KSM istiqamətində önəmli addımlar atdı", - deyə S.Babayev əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO