“Avroviziya” təmsilçilərimiz: “Zaqatalalı iki oğlan tezliklə Liverpulda” - FOTO

“Avroviziya” təmsilçilərimiz: “Zaqatalalı iki oğlan tezliklə Liverpulda” - FOTO

Hazırda oxunan: “Avroviziya” təmsilçilərimiz: “Zaqatalalı iki oğlan tezliklə Liverpulda” - FOTO

132569

Bu il Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edəcək zaqatalalı Tural və Turan Bağmanov qardaşları yeni fotosessiyaları ilə diqqət çəkiblər. 

Bizim.Media xəbər verir ki, göz açdıqları Zaqatalada obyektiv qarşısına keçən əkiz qardaşlar meşə ərazısındə çəkilən şəkillərini sosial şəbəkədə izləyiciləri ilə bölüşüblər. 

“Zaqatala - bizim qəlbimizdə həmişə xüsusi yer tutan sevimli və doğma şəhərimiz. Doğulduğumuz, böyüdüyümüz və ilk mahnımızın yazıldığı yerdir. Ailəmiz, dostlarımız və məktəbimiz bugünkü kimliyimizi formalaşdırdı.

İnanmaq çətindir ki, Zaqatalada kiçik bir evdən olan iki oğlan tezliklə Liverpuldakı nəhəng Avroviziya səhnəsində çıxış edəcək. Bu səyahəti bizim üçün mümkün edən hər birinizə inanılmaz dərəcədə minnətdarıq”, - deyə Bağmanovlar vurğulayıb. 
Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.  






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO