Solovyov İrəvandadır - Qabrelyanov ona hansı tapşırıqları verib?

Solovyov İrəvandadır - Qabrelyanov ona hansı tapşırıqları verib?

Hazırda oxunan: Solovyov İrəvandadır - Qabrelyanov ona hansı tapşırıqları verib?

13247

Ermənistanda olanlara dözə bilməyən Rusiyanın tanınmış jurnalistlərindən biri Vladimir Solovyov İrəvana gedib. Səfərin məqsədi əslində Paşinyanın hələ də tab gətirə bilməsinə jurnalistin təəcübü olub. O, baş verənləri öz gözləri ilə görmək istəyib. 

Mediaport teleqram kanalının verdiyi məlumata görə isə o Qabrelyanov Aram Aşotoviçin xüsusi tapşırığı ilə İrəvandadır.
 

MÖVZU İLƏ BAĞLI:

Solovyov Hitlerə sevgisini etiraf etdi - VİDEO


Bildiyimiz kimi, uzun müddətdir ki, Aram Aşotoviç Nikol Paşinyanı bitirmək üçün əlindən gələni edir və Rusiyameyilli qüvvələrin ideoloqu kimi, Koçaryanın da yaxın dostu sayılır.

II Qarabağ müharibəsində WarGonzonun təxribatçı addımlarından bir effekt almayan Qabrelyanov bu dəfə işi qeyri-peşəkarlara həvalə etməyib. Bir başa Vladimir Solovyovun özünü “qaynar nöqtəyə” göndərib. 

İki gün dalbadala Baqramyan küçəsində müxalif qüvvələrin sinilər üstündə qaladıqları ocağın tüstüsü Moskavaya qədər gedib çıxdığından, necə deyərlər, “gəlmişdilər kabab iyinə, gördülər ki...” bu cılız beş-on hay-küyçü adamdan heç “eşşək dağlayan” da olmaz.
 

Və bundan şoka düşən Vladimir özünün “Kommersant” qəzetinin 27 fevral sayında təccüblə bir məqalə dərc edib. Yazı təxminən belə adlanır:


“Nikol Paşinyan müharibədən quru çıxır. Ermənistanın Baş naziri siyasi sağ qalma möcüzəsini nümayiş etdirir” (Никол Пашинян выходит сухим из войны. Премьер Армении демонстрирует чудеса политического выживани).

Solovyov “neytral” mövqe nümayiş etdirərək yazır ki, Paşinyan rəqiblərinin istefa çağırışlarına məhəl qoymur və əks-hücum sərgiləyir. Bununla yanaşı, hökumət əleyhinə mitinqlər onu gücünə heç bir təsir göstərmir. 

O, öz düşüncəsini keçmiş baş nazir Vazgen Manukyanın dili ilə inkişaf etdirir:

"Əhalinin 80% -nin baş nazirin əleyhinə olduğu ölkəni təsəvvür edin. Prezident onun istefasını tələb edir, kilsə istefasını tələb edir, silahlı qüvvələr istefa tələb edir, Elmlər Akademiyası tələb edir. O isə getmir. Belə bir ölkəni təsəvvür etmək çətindir, amma bura Ermənistandır". 

Solovyov heyrətlə yazır ki, ancaq cənab Paşinyan lk dəfə deyil ki, siyasi canlılıq nümayiş etdirir. O hətta keçən ilin noyabrın 10-da “Üçtərəfli sazişi” imzalayaraq Azərbaycanın Qarabağ uğurunda müharibədə qələbəsini təsdiqlədikdən sonra da sağ qalmağı bacarmışdı. 

Solovyov ümidsiz şəkildə erməni xalqından geley edir və təəssüfünü gizlətmir:
 

“Müxalifətin küçə aksiyalarına da məhəl qoyulmur. Baş nazirin rəqibləri özləri də etiraf edirlər ki, kütləni qaldırmaq mümkün deyil”.


Solovyov burada erməni politoloq Aleksandr Iskəndəryanın fikirlərinə istinad edir:

“Paşinyanı azlıq dəstəkləyir. Ona qarşı olan müxalif qüvvələr də azlıqdadır. Onların arasında isə böyük bir kütlə var. Onlar yeni inqilab etməyə hazır deyillər. Əgər onlar çıxmasalar (və mitinqlər çıxmadıqlarını göstərir), Paşinyan hakimiyyətinə heç bir təhlükə olmayacaq ".
Sonda xatırladaq ki, Solovyov hələ İrəvandadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO