Kürdəmirin yolları yenidən qurulur - FOTO

Kürdəmirin yolları yenidən qurulur - FOTO

Hazırda oxunan: Kürdəmirin yolları yenidən qurulur - FOTO

132392

Kürdəmirdə yolların asfaltlaşması işlərinə start verilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hazırda rayonun şəhərdaxili yollarının əsaslı təmiri işləri üzrə 5 küçədə asfalt örtüyünün vurulması işləri aparılır.

Şəhərin Rəsul Rza və Nəsimi küçələrindəki aparılan işlər tamamlanıb. Hazırda rayonun Şirvan və Xaliq Qənbərov küçələrində yolun hazırlıq qatının işləri yekunlaşıb və yaxın günlərdə isə Mehdi Hüseynzadə küçəsində işlərə başlanılacaq.
Görülən bütün bu işlər rayon sakinlərinin, eləcə də piyada və sürücülərin rahat gediş-gəlişi üçün hesablanıb.

Bundan başqa, rayonun digər əsaslı təmirə eytiyacı olan küçələrində də asfalt örtüyünün salınması nəzərdə tutulur.












Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO