Rusiyalı politoloq: “Ermənistan Rusiyaya xəyanət edib Fransa və ABŞ-a tərəf gedir”

Rusiyalı politoloq: “Ermənistan Rusiyaya xəyanət edib Fransa və ABŞ-a tərəf gedir”

Hazırda oxunan: Rusiyalı politoloq: “Ermənistan Rusiyaya xəyanət edib Fransa və ABŞ-a tərəf gedir”

132387

Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsini quraşdırması Cənubi Qafqazda vəziyyətin köklü şəkildə dəyişməsi deməkdir.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

"Aprelin 23-də Azərbaycan Ermənistanla Qarabağ arasında əlaqənin keçdiyi Laçın yolunda öz nəzarət-buraxılış məntəqəsini qurub. Azərbaycan bu nəzarət buraxılış məntəqəsinin zəruri olduğunu rəsmən bəyan edir. Ona görə zəruridir ki, Qarabağa mina daşınmasın. Həmin ərazilərdə Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunan minaların basdırılmasına dair çoxlu nümunələr var.

Nəzarət-buraxılış məntəqəsi ona görə zəruridir ki, Qarabağda erməni hərbi qarnizonunun rotasiyası olmasın. Ona görə zəruridir ki, Qarabağdan təbii sərvətlərin daşınması olmasın və nəhayət bu, Qarabağa silah daşınmasının qarşısı almaq üçün zəruridir", deyə rusiyalı politoloq vurğulayıb.

Markovun sözlərinə görə, Ermənistanda hər kəs Azərbaycanın bu nəzarət buraxılış məntəqələrini Rusiya ilə razılaşaraq qurduğundan əmindir:

"Çünki Rusiya Paşinyanı satqın kimi qəbul edir. Ermənistan dostları ABŞ və Fransanı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır. ABŞ, Fransa və Aİ artıq Ermənistanı dəstəkləyib. Bu dəstək sözdədir".

Siyasi ekspert hesab edir ki, Cənubi Qafqazda vəziyyət getdikcə aydınlaşır.

"Ermənistan Rusiyaya xəyanət edib Fransa və ABŞ-a tərəf gedir. Rusiya getdikcə Azərbaycanı daha çox öz müttəfiqi hesab edir. Bu, Cənubi Qafqazda yeni reallıqdır. Biz isə, bu barədə çoxdan xəbərdarlıq etmişdik", deyə Markov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO