Qarabağ separatçılarının iki seçimi qalıb: Ya silahı yerə qoymalı, ya da getməlidirlər

Qarabağ separatçılarının iki seçimi qalıb: Ya silahı yerə qoymalı, ya da getməlidirlər

Hazırda oxunan: Qarabağ separatçılarının iki seçimi qalıb: Ya silahı yerə qoymalı, ya da getməlidirlər

132350

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri aprelin 23-ü saat 12:00-da ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub. 

Bizim.Media xəbər verir ki, bundan sonra erməni milli revanşistlərinin təqvimində aprelin 24-dən sonra ikinci matəm günü meydana çıxacaq: “Aprelin 23-də Ermənistan Qarabağın dağlıq hissəsinə de-fakto nəzarəti itirdi”. Əgər İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycan 1991-ci ildəki status-kvonu bərpa etmişdisə, o zaman Qarabağ separatçılarına silah-sursatın ötürüldüyü bədnam “müharibə dəhlizi” (Laçın yolu) faktiki olaraq erməni quldur dəstələrinin nəzarəti altında idi. 2023-cü il aprelin 23-də isə Azərbaycan münaqişədə başlanğıc mövqeyinə qayıtdı və 1988-ci ildəki qüvvələr balansı bərpa olundu. 

Ancaq yenə də Qarabağda Bakı ilə inteqrasiyaya qarşı çıxan separatçılar qalıb, lakin bu qeyri-qanuni dəstə Ermənistandan “ayrı düşüb” və mübarizəni davam etdirmək potensialına malik deyillər.
Bundan sonra nə baş verəcək, hadisələrin gələcək inkişafını necə proqnozlaşdırmaq olar? Ermənistan artıq hərbi-siyasi potensialını tükəndirib. Paşinyan ordusunun döyüş qabiliyyətini itirdiyini, eləcə də ölkəsinin hazırkı əlverişsiz vəziyyətini yaxşı anlayır.  Ermənistan hücum strategiyasından əl çəkərək öz sərhədlərinə tamamilə geri çəkilib. 

İndi Azərbaycan Qarabağ separatçılarının liderləri ilə danışıqları başa çatdırmalıdır.

Ermənistanla əlaqəsi kəsilən və onun dəstəyindən məhrum olan bir ovuc üsyançının isə iki seçimi var. Onlar ya Azərbaycan Konstitusiyasının tələblərinə  tabe olmalı, silahı yerə qoymalı, verilən hüquq və azadlıqlardan istifadə etməli, ya da Azərbaycanın yeni sərhəd-keçid məntəqəsi vasitəsilə Qarabağı tərk etməlidir.

Əks halda Azərbaycan yenidən güc tətbiq etmək məcburiyyətində qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO