ABŞ Prezidenti Co Baydenin göstərişi ilə Suriyadakı İran qruplaşmaları zərərsizləşdirilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, hava hücumundan sonra İrana ismarıc yollayıb.
MÖVZU İLƏ BAĞLI:
«Rusiya qonşusunun ərazi bütövlüyünü pozdu» - Bayden
“Siz etdiklərinizin cəzasını alacaqsınız. Diqqətli olun ”,- deyə prezident cümə günü keçirdiyi mətbuat brifinqində deyib.
Bundan əvvəl Pentaqon, ABŞ-ın Suriyadakı İran tərəfdarı qruplaşmalarına qarşı hava hücumlarının başlatdığını elan edib:
“ABŞ Prezidenti Co Baydenin göstərişi ilə silahlı qüvvələr Suriyanın şərqində İran tərəfdarı silahlı qruplarına qarşı hava hücumlarına başlayıb.
Hücumlar ABŞ və koalisiya rəsmilərinə qarşı İraqdakı son hücumlara, həm də onlara qarşı davam edən təhdidlərə cavab olaraq verildi.
Zərbələr nəticəsində “Kataib Hizbullah” və “Kataib Seyyid al-Shuhad” da daxil olmaqla çoxsaylı İran tərəfdarı qruplarının istifadə etdiyi bir neçə obyekt məhv edildi”.
Məlumatda həmçinin prezident Bayden sona qədər ABŞ və koalisiya qüvvələrini qoruyacağı da qeyd edilib.
Vüsalə Balayeva, Bizim.Media