Sarkisyanın prezident seçilmək hüququ yox imiş - Saxtakarlıq üzə çıxdı

Sarkisyanın prezident seçilmək hüququ yox imiş - Saxtakarlıq üzə çıxdı

Hazırda oxunan: Sarkisyanın prezident seçilmək hüququ yox imiş - Saxtakarlıq üzə çıxdı

132320

Eks-prezident Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı iş Ermənistan İstintaq Komitəsinə göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti yerli mediaya açıqlamasında bildirib.

Qeyd olunub ki, bundan əvvəl hetq.am saytı Sarkisyanın ən azı prezident seçilməzdən əvvəl Karib hövzəsindəki Sent Kitts və Nevis ştatının vətəndaşlığına malik olması barədə məlumat yayıb.
Beləliklə, onun prezident seçilmək hüququ yox imiş. Milli Təhlükəsizlik Xidməti sorğuya cavab olaraq bildirib ki, iş üzrə istintaq hərəkətləri aparılır.

Ermənistanın 4-cü prezidenti Armen Sarkisyan 2018-ci ilin 9 aprelində ölkə prezidenti seçilib. 2022–ci ilin yanvarında postundan istefa verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO