Aprelin 22-də - Beynəlxalq Yer Günündə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik işləri aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.
MÖVZU İLƏ BAĞLI:
Ekoloji Təhlükəsizlik Xidməti bu ərazilərdə ƏMƏLİYYAT KEÇİRDİ
Yüzdən artıq iştirakçının qoşulduğu tədbir zamanı iki hektar sahədən 2 tondan artıq tullantı toplanıb.
Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və hər kəsi dəniz ətraf mühitinin mühafizəsində iştiraka cəlb etməkdir.
Bizim.Media