Almaz Ələsgərli:

Almaz Ələsgərli: "Üçüncü nəvəmə atası qızım Əminənin adını qoydu" - VİDEO

Hazırda oxunan: Almaz Ələsgərli: "Üçüncü nəvəmə atası qızım Əminənin adını qoydu" - VİDEO

132290

Əməkdar artist Almaz Ələsgərli ötən ilin martında dünyaya göz açan üçüncü qız nəvəsindən söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Gündən-günə" verilişində bildirib ki, böyük qızı Mədinə dünyaya gətirdiyi körpəsinə bacısı Əminənin adını verib.

"Üçüncü nəvəm oldu. Ona kiçik qızımın adını verdik. Adını Əminə qoyduq. Bu adı isə böyük qızım Mədinənin həyat yoldaşı istədi.

Mən qızımın ailəsinə heç zaman qarışmıram. Övladlarıdır, özləri hansı adı istəyirlərsə versinlər. Dedilər ki, sənin adını uşağa verək. Söylədim ki, özünüz bilərsiniz. Amma sonra körpəyə kiçik qızım Əminənin adını verdilər. Əminə onların bu addımını əla qarşıladı. Düzdür, buna görə bir az söz-söhbət oldu, amma neyniyək, ata istədi...

Əsas atadır. Atası istədi, balasına mömin adını versin. Söylədi ki, arzum olub ki, qızım olsa, adını Əminə qoyacağam. Bu addan xoşu gəlir. Amma nəvəmi Əminə yox, "Əmoş" deyə çağırırıq. Bu gün səhər qızım Mədinə zəng edib dedi ki, nəvən Əminə gəzir. Bu xəbərə çox sevindim".
Qeyd edək ki, Almaz Ələsgərlinin böyük qızı Mədinə İsveçrədə ailə qurub və orada yaşayır. Mədinənin daha iki övladı var. A.Ələsgərlinin Əminə adlı daha bir qızı var. 
 









Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO