Ekoloji Təhlükəsizlik Xidməti bu ərazilərdə ƏMƏLİYYAT KEÇİRDİ 

Ekoloji Təhlükəsizlik Xidməti bu ərazilərdə ƏMƏLİYYAT KEÇİRDİ 

Hazırda oxunan: Ekoloji Təhlükəsizlik Xidməti bu ərazilərdə ƏMƏLİYYAT KEÇİRDİ 

132285

"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizi akvatoriyasından, Şəmkir su anbarından və Sarısu Ovçuluq Təsərrüfatı ərazisindəki Sarısu gölündən sintetik torların yığışdırılması həyata keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Bizim.Media-ya bildirib ki, sözügedən su hövzələrindən 2 890 metr uzunluğunda 70 ədəd sintetik tor götürülüb.

“Layihəyə dəstək olaraq fəallıq nümayiş etdirən və su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyə məlumat verən bütün vətəndaşlara təşəkkür edir, onları hövzələrin mühafizəsində daha aktiv iştirak etməyə, balıq ehtiyatlarının qorunmasına dəstək olmağa çağırırıq”, - B.Məmmədov deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO