BMT-dən HESABAT: Qlobal iqlim dəyişikliyində rekord səviyyə

BMT-dən HESABAT: Qlobal iqlim dəyişikliyində rekord səviyyə

Hazırda oxunan: BMT-dən HESABAT: Qlobal iqlim dəyişikliyində rekord səviyyə

132260

BMT-nin strukturuna daxil olan Ümumdünya Meteorologiya Təşkilatı hesabatında qlobal iqlim dəyişikliyinin rekord səviyyələrini qeydə alıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmada Yer atmosferində qlobal istiləşməyə səbəb olan üç əsas istixana qazının - karbon qazı, metan və azot oksidinin konsentrasiyasında görünməmiş artım olduğunu bildirilib. 

2015-2022-ci illər müşahidələr tarixində ən isti illər olub. 

Temperaturun artması ilə əlaqədar olaraq əsas müşahidələr aparılan nümunə buzlaqların əriməsi sürətlənib. Onların orta qalınlığı 2021-ci ilin oktyabrından 2022-ci ilin oktyabrına qədər 1,3 metr azalıb. Bu, son onilliklərin orta göstəricisindən xeyli çoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO