Meral Konrat:

Meral Konrat: "Rasim Ocaqov çəkdiyi "Təhminə" filmini yandırmaq istəyirdi" - VİDEO 

Hazırda oxunan: Meral Konrat: "Rasim Ocaqov çəkdiyi "Təhminə" filmini yandırmaq istəyirdi" - VİDEO 

132257

1993-cü ildə ekrana çıxan Xalq yazıçısı Anar Rzayevin "Beşmərtəbəli binanın altıncı mərtəbəsi" əsərinin motivləri əsasında çəkilən "Təhminə" filminin iki dəfə lentə alındığı üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı sözügedən ekran əsərində rol alan Türkiyəli aktrisa Meral Konrat qonaq olduğu "Gündən günə" verilişində məlumat verib. 

Sənətçi bildirib ki, filmin rejissoru Rasim Ocaqov Meralın tərəf müqabili kimi çəkdiyi Adel adlı rus aktyorun aktyorluq məharətindən razı qalmadığı üçün ekran əsərini Xalq artisti Fəxrəddin Manafovun iştirakı ilə ikinci dəfə çəkib: 

""Təhminə" filmi mənim tərəf müqabilin olan rus aktyoru Adel ilə çəkilişlərə başlanıldı. Filmi yarısına qədər çəkdik. Amma mən Fəxrəddinlə "Təhminə"dən daha əvvəl tanış olmuşdum. Film çəkildikcə, mən Türkiyəyə gedib sonra yenidən Bakıya qayıdırdım. Sonra filmin rejissoru Rasim Ocaqov mənə zəng vurub söylədi ki, film çox uzandı, çox pis oldu və mən bəyənmədim.

Bu anda isə çox qorxdum ki, görəsən niyə görə pis oldu. Dedi ki, rus aktyoru Adelin aktyorluğunu bəyənmədim. Sual verdim ki, bəs nə edəcəyik? Cavab verdi ki, filmi yandıracağam. O zamanlar isə "Təhminə"ni çəkmək çox çətin idi və külli miqdarda pullar xərclənilmişdi.

Rasim dedi ki, “filmi yenidən çəkəcəyəm. Önəmli olan isə sizin ikinci dəfə bu filmə çəkilməyə razılıq verməyinizdir”. Tərəf müqabilimin kimliyi ilə maraqlandım. Rasim Ocaqov söylədi ki, “Fəxrəddin Manafov sənin tərəf müqabilin olacaq”.
Təbii ki, razılaşdım və dedim ki, başdan çəkilək. Sonra film bizim iştirakımızla başdan çəkildi. Fəxrəddinin aktyorluq qabiliyyəti insanı alıb-aparır. Rasim isə çox gözəl çəkir. Fəxrəddini çox sevirəm. Fəxrəddin mənim ürəyimdədir". 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO