Ötən gün axşam saatlarında əsən güclü külək və leysan yağış Cəlilabad rayonunda kənd təsərrüfatlarına da ciddi ziyan vurub.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, kartof və çiyələk sahələri yarasız hala düşüb.
Fermerlər deyir ki, külək və dolu kolların qırılmasına səbəb olub. Onların sözlərinə görə, bu il məhsuldarlıq aşağı düşəcək.
Belə ki, bu mövsüm kartofun yığımı 15 gün qabağa düşmüşdü.Amma bu fırtına kartofun yığımını 15 gün geri saldı.Fermerlər deyir ki, kartof əmələ gəlsə də gecikdiyinə görə faydasız olacaq.
Qeyd edək ki , Cəlilabadda 5000 hektar ərazidə kartof əkilib.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:49 / 22.04.2023
Cəlilabaddakı əlverişsiz hava təsərrüfata da TƏSİRSİZ ÖTÜŞMƏDİ - FOTO
Hazırda oxunan: Cəlilabaddakı əlverişsiz hava təsərrüfata da TƏSİRSİZ ÖTÜŞMƏDİ - FOTO
Hazırda oxunan: Cəlilabaddakı əlverişsiz hava təsərrüfata da TƏSİRSİZ ÖTÜŞMƏDİ - FOTO
132233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.