İsmayıllı rayonunda nəvə ona pul verməyən nənəsini döyüb.
Bizim.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü İsmayıllı rayon sakini Şafiq yaşadığı evdə nənəsi Zərintacla (şərti) mübahisə edib.
Mübahisəyə səbəb nənəsindən pul istəməsi olub. Nənəsi ona pulunun olmadığını bildirdikdə aralarında mübahisə yaranıb. Bu zaman Şafiq nənəsini vurub.
Nənə izahatında bildirib ki, Şafiq ondan tez-tez pul istəyir. Sonucu dəfə isə vermədiyindən axşam saat 02:00 radələrində yaşadığı evdə olarkən onu döyüb.
O, Şafiqi bağışlamayıb. Nənəsi ilə barışmağa hazır olan nəvə barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Şafiq İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib və 20 gün müddətində inzibati həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
05:25 / 21.04.2023
Nənə ondan pul istəyən nəvəsini tutdurdu
Hazırda oxunan: Nənə ondan pul istəyən nəvəsini tutdurdu
Hazırda oxunan: Nənə ondan pul istəyən nəvəsini tutdurdu
131995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.