Müavinət alanların nəzərinə: Kart hesabınızı YOXLAYIN  

Müavinət alanların nəzərinə: Kart hesabınızı YOXLAYIN  

Hazırda oxunan: Müavinət alanların nəzərinə: Kart hesabınızı YOXLAYIN  

131947

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib. 

Bu barədə Bizim.Media-ya ƏƏSMN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, aprelin 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 14-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların aprel ayının pensiya ödənişləri həyata keçirilib. 
Beləliklə, bu ayın bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO