Daha bir marşrut xətti üzrə avtobusların hərəkəti DƏYİŞDİRİLƏCƏK

Daha bir marşrut xətti üzrə avtobusların hərəkəti DƏYİŞDİRİLƏCƏK

Hazırda oxunan: Daha bir marşrut xətti üzrə avtobusların hərəkəti DƏYİŞDİRİLƏCƏK

131930

Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar olaraq 2023-cü ildə tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) 149 nömrəli marşrutun hərəkət sxemində dəyişikliklərin edilməsi planlaşdırılır. 

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Belə ki, 149 nömrəli marşrut üzrə avtobusların hərəkəti alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu – H.Cavid prospekti – Landau küçəsi (Hüseyn Cavid parkı) – Elmlər Akademiyası metro stansiyası – Mətbuat prospekti ilə təşkil ediləcək. 
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi aprelin 28-30-u tarixlərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO