Aftandil İsrafilovun qardaşı qızı: “Evimizi sökəndən sonra atam xərçəngə tutuldu”- ÖZƏL

Aftandil İsrafilovun qardaşı qızı: “Evimizi sökəndən sonra atam xərçəngə tutuldu”- ÖZƏL

Hazırda oxunan: Aftandil İsrafilovun qardaşı qızı: “Evimizi sökəndən sonra atam xərçəngə tutuldu”- ÖZƏL

131917

Xəbər verdiyimiz kimi, Xalq artisti Aftandil İsrafilovun qardaşı, qarmon ustadı Ənuşiravan İsrafilovun səhhətində ciddi problemlər yaranıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətkarın qızı Nəzrin İsrafilova ilə əlaqə saxlayıb. 

Qarmon ustadının qızı atasının səhhətinin ağır olduğunu bildirib: 

“Atamda bağırsaq xərçəngi aşkar olundu. Əməliyyata qərar verildi. Bu il yanvarın səkkizində Milli Onkologiya Mərkəzində atam düz bağırsağından əməliyyat olundu. Bundan sonra atam kolostomiya çantası  ilə gəzir. Maddi vəziyyətimiz çox aşağıdır.



Bütün pullarımız atamın dərmanlarına xərclənilir. Təkcə kolostomiya çantasının rezervuarının dəyişilməsinə  ayda  90 manat pul veririk. Hazırda atamın səhhəti olduqca ağırdır”. 

Ənuşiravan İsrafilovun qızı bildirib ki, valideyinin xərçəngə yoluxması evlərinin qanunsuz yolla, icra hakimiyyəti tərəfindən sökülməsindən sonra baş verib: 

“2020-ci ilin 17 yanvar tarixində bizə zor tətbiq edərək, qeyri-qanuni yolla Tolstoy küçəsi, ev 54 ünvanında 160 illik baba mülkümüzü heç bir məhkəmə qərarı olmadan sökdülər. Bu evdə əmim, Xalq artisti Aftandil İsrafilov dünyaya göz açıb. Bizə isə 78.500 manat pul təklif olundu. Biz bu pulla razılaşmadıq və heç bir sənədə imza atmadıq.



Bizə kirayə ev pulunun 2 aylıq ödənişi 24 may 2022-ci ildə (ev artiq iki il söküləndən sonra) Elşad müəllim tərəfindən verilib. Daha sonra isə pul ödənişi olunmayıb. Biz öz cibimizdə bu aylar ərzində qaldığımız kirayə evlərin pullarını ödəyirik. Evimizi sökən isə Yasamal İcra Hakimiyyəti idi. 39 aydır evimiz sökülsə də amma yerində heç nə tikilməyib, boş qalıb.
18.01.2022-ci il tarixində hakim Nigar Rəsulbəyovanın sədrlik etdiyi məhkəmədə iş Bakı Apellyasiya Məhkəməsinə göndərildi. Ali məhkəmədə Nigar Rəsulbəyova Apellyasiya məhkəməsinin qərarını ləğv etdi və işin baxılması üçün yenidən Apellyasiya məhkəməsinə göndərildi.

Qərar qəbul edildi ki, vətəndaşa ədalətli bazar qiyməti pulu, torpağın üzərindəki əmlakın pulu, torpağı dövlətə könüllü satdığı üçün əlavə on faiz pul verilməlidir və digər narahatçılığa görə kompensasiya verilməlidir. İş yenidən Apellyasiya Məhkəməsinə qayıtdı. Həmid Həmidovun icratına götürüldü. Lakin icra 78.500 manatı dəyişdirilmədən saxladı.

H.Həmidov da məcbur olub icranın iddiasını mümkünsüz sayaraq rədd etdi. Biz bu qərardan narazı qaldıq. Ev yerində olsaydı, sökülməsəydi, bizim üçün çox gözəl qərar idi və bu qərarla sübüt olunurdu ki, Yasamal İcra Hakimiyyəti bizdən qanunsuz söküntünü tələb edir. Düzgün olmayan kompensasiya verərək, bizi evdən çıxarır.

Lakin evimiz artıq üç ildən çoxdur ki, sökülmüşdü. Bu qərarla isə heç bir şey əldə etmirdik. Yasamal İcra Hakimiyyəti isə 78.500 manatlıq iddiasını davam etdirirdi. Biz təkrar Ali Məhkəməyə kassasiya şikayəti verdik və Ali Məhkəmənin hakimi Rahib Nəbizadə yenidən işi qaytardı Apellyasiyaya.



Qeyd etdi ki, vətəndaşa ədalətli kompensasiya verilməlidir ki, küçələrdə qalmasın, vətəndaşın Konstitusiya hüquqları bərpa olunmalıdır. Bizim vəziyyətimiz çox ağırdır, küçələrdə qalmışıq. Bizim yenidən məhkəmə işlərimiz başlayıb. İş Apellyasiya Məhkəməsində Kamran Əkbərlinin icraatindadır. Biz də vəsadətimizlə çıxış etmişik ki, birinci növbədə bizə sığınacaq verilsin. Çünki vəziyyətimiz olduqca ağırdır. Dövlət olaraq bizə köməklik göstərin.

Biz üç ildən artıqdır ki, kirayələrdə zülm çəkirik. İnsanlığa sığmayan hallarla üz-üzə qalmışıq. Borc içində üzürük. Pandemiya ərəfəsində toylar olmadı, atam məcbur qalıb avtomobilini də satdı.

Bilirsiniz ki, incəsənət nümayəndələrinin tək qazanc yeri toylardır. O, səhhəti ilə əlaqədar artıq uzun zamandır el şənliklərinə də getmir. Əlimizə gələn pul da yalnız ev kirayəsinə, atamın dərmanlarına güclə yetir. Acınacaqlı vəziyyətdə qalmışıq.

Üzləşdiyimiz özbaşnalıqlarla bağlı dəfələrlə Cənab Prezidentimizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktublar göndərmişik. Bununla yanaşı Prezidentin köməkçisinin qəbulunda olmuşuq. Atamın səhhəti ilə əlaqədar əlillik müavinət sənədini də ala bilmirik. Bir sözlə, hələ də problemimiz öz həllini tapmayıb”. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO