“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Ayaz Salayev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda çıxış edib.
Bizim.Media xəbər verir ki, kinoşünas İkinci Vətən müharibəsinə həsr edilən filmləri tənqid edib:
“Nə vaxtsa universitetdə pis oxuyan, ananın-atanın sözünə baxmayan uşaqlar əllərində bıçaqlarla Daşaltıdan qalxır və Şuşanı işğaldan azad edir. Onların hansı bu gün hansı ekrandadır? Biz Qarabağ mövzusunu eşidəndə yalnız müharibə sözünü eşidirik”, - deyə A.Salayev vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media