Bayram günləri hansı qurumlar işləməyəcək?

Bayram günləri hansı qurumlar işləməyəcək?

Hazırda oxunan: Bayram günləri hansı qurumlar işləməyəcək?

131829

21 və 22 aprel tarixlərində Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri - iş günüdür. 

23 aprel tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. 

Bizim.Media xəbər verir ki, bu barədə qurum məlumat yayıb. 

Bildirilib ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür. 

Ramazan bayramı ilə əlaqədar 21-24 aprel tarixlərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qeyri-iş günü olacaq. 

DOST Agentliyi də bayramla əlaqədar 21-24 aprel tarixlərində DOST mərkəzləri və Çağrı Mərkəzi 142 də fəaliyyət göstərməyəcək. 

Həmçinin Ramazan bayramı ilə əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondunun qəbul şöbələrində 21-24 aprel tarixlərində vətəndaş qəbulu olmayacaq, qeyri-iş günləridir. 

Vətəndaşlar qeyd olunan qurumlara 25 aprel tarixindən yenidən müraciət edə biləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO