Bərdədə iki avtomobil TOQQUŞDU - Ölən və yaralılar var 

Bərdədə iki avtomobil TOQQUŞDU - Ölən və yaralılar var 

Hazırda oxunan: Bərdədə iki avtomobil TOQQUŞDU - Ölən və yaralılar var 

131799

Bərdədə yol qəzası olub. 

Bizim.Media “apa.az”-a istinadən xəbər verir ki, Həsənqaya kəndi ərazisində 2000-ci il təvəllüdlü Əzizov Feruz Raqub oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil toqquşub. 

Nəticədə "VAZ 21011" markalı avtomobildə olan sərnişin 1956-cı il təvəllüdlü Xankişiyev Murad Fazil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb, "VAZ 21099" markalı avtomobilin sürücüsü Əzizov Feruz Raqub oğlu, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Ağayev Mirəli Mehman oğlu, "VAZ 21011" markalı avtomobilin sürücüsü Sultanlı Əziz İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə RMX-yə yerləşdirilib. 

Araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO