Ukrayna ordusu rusların 55 hücumunu dəf edib - STATİSTİKA

Ukrayna ordusu rusların 55 hücumunu dəf edib - STATİSTİKA

Hazırda oxunan: Ukrayna ordusu rusların 55 hücumunu dəf edib - STATİSTİKA

131795

Ukrayna hərbçiləri son sutka ərzində rusların atdığı 26 “Shahed” dronundan  21-ni məhv edib, həmçinin Rusiya qoşunlarının beş istiqamətdə 55 hücumunun qarşısını alıb.

Bizim.Media “Ukrayinskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi əməliyyatların operativ xülasəsində məlumat yayıb.

“Düşmən ağır itkilər bahasına işğalçılıq müharibəsini davam etdirir.

Əsas səylər Limansk, Baxmut, Avdeyevsk, Maryinsk və Şaxtyorsk istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəlib. Ötən sutka ərzində cəbhənin göstərilən bölmələrində Ukrayna müdafiə qüvvələrinin bölmələri düşmənin 55-dən çox hücumunu dəf edib.

Ən şiddətli döyüşlər Baxmut və Marinka uğrunda gedir.

Donetsk vilayətində hərbi əməliyyatlarda iştirak edən Rusiyanın “Nevsk” könüllülər dəstəsinin bölmələrində rus hərbçilərinin mənəvi-psixoloji durumu aşağı səviyyədədir.

Müəyyən edilib ki, bunun əsas amilləri döyüş əməliyyatlarının aparılması zamanı böyük canlı qüvvə itkisi, işğalçıların döyüş sursatı ilə vaxtında təmin olunmamasıdır.

Bölmələrini tərk edən istəyən rusların sayı artır.

Düşmən son sutka ərzində 3 raket və 57 hava zərbəsi endirib, o cümlədən 26 "Shahed-136" dronundan istifadə edib. Onlardan 21-i Müdafiə Qüvvələri tərəfindən məhv edilib.

Həmçinin, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə 69 raket hücumu həyata keçirib. Dinc əhali arasında ölən və yaralananlar var, fərdi yaşayış evləri və digər mülki infrastruktur dağıdılıb və zədələnib", deyə mənbə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO