Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında Qarabağla bağlı koordinasiya qrupunun iclasının fevralın 27-də Moskvada keçirilməsinin planlaşdırıldığını, ancaq İrəvan tərəfindən hələlik dəqiq bir cavab olmadığını söyləyib.
Bizim.Media xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk RİA Novosti-yə bu informasiyanı təsdiq edib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin Qarabağla bağlı yeni görüşü fevralın 27-də Moskvada keçiriləcək.
“Bütün tərəflər razılıqlarını veriblər”.
Xatırladaq ki, yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasındakı danışıqlardan sonra Rusiya prezidenti üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi bir işçi qrupu yaradıldığını elan edib.
İşçi qrup Qarabağın inkişaf planlarını martın 1-dək təqdim etməlidir.
Ermənistan, Rusiya və Azərbaycanın üçtərəfli işçi qrupunun ikinci iclası fevralın 12-də videokonfrans formatında keçirilib.
Bizim.Media