Tacikistan portalı Xocalı faciəsi haqqında məqalə yaydı

Tacikistan portalı Xocalı faciəsi haqqında məqalə yaydı

Hazırda oxunan: Tacikistan portalı Xocalı faciəsi haqqında məqalə yaydı

13166

Tacikistanın “faraj.tj” portalı Ermənistanın zaman-zaman Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, azərbaycanlıların Ermənistandan deportasiyası, 44 gün davam edən Vətən müharibəsi, Xocalı faciəsinin 29-cu ildönümü haqqında tacik dilində məqalə yayıb.

Bizim.Media xəbər verir ki, materialda dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalması, ötən il sentyabrın 27-də təcavüzkar ölkənin təxribatları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları, müharibədə qazandığı Qələbəsi və düşmənə sarsıdıcı zərbələr endirməsi haqqında ətraflı danışılır.

Məqalədə Xocalı faciəsindən də bəhs olunur, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birgə Xocalıda qəddarlıqla qətlə yetirilən və yaralanan insanların sayı haqqında məlumat verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO