Rza Pəhləvi İsraildən səsləndi: “İrandakı rejim xalqı təmsil etmir”

Rza Pəhləvi İsraildən səsləndi: “İrandakı rejim xalqı təmsil etmir”

Hazırda oxunan: Rza Pəhləvi İsraildən səsləndi: “İrandakı rejim xalqı təmsil etmir”

131633

İranın vəliəhd şahzadəsi və şahın böyük oğlu Rza Pəhləvi Qüdsün Yad Vaşem Holokost Memorial Muzeyində İsrailin Holokostu anma gününün başlanması münasibətilə keçirilən mərasimdə iştirak edib. 

Bizim.Media xəbər verir ki, Vəliəhd şahzadə i24NEWS-a müsahibə verib. 

O deyib ki, İran rejimi “İran xalqını təmsil etmir” və Tehran Holokostu qəbul etmədiyi üçün 2500 illik xalqı adından İsrailə dəstəyini göstərməyi öz vəzifəsi hesab edir: 

"İran xalqı İsrail və İranın digər qonşuları ilə dinc və dostluq münasibətlərinin bərpası yolu ilə insan hüquqlarının qorunması və dini və mədəni müxtəlifliyə hörmətlə yanaşı, öz irsinə hörmət edəcək bir hökumətə can atır. 

Milyonlarla həmvətənlərim İslam İnqilabı cəmiyyətimizi parçalamazdan əvvəl yəhudi-iranlı dostları və qonşuları ilə bir yerdə yaşadıqlarını hələ də xatırlayır” - Pəhləvi bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO