Rusiya səfiri Moldova XİN-ə ÇAĞIRILACAQ

Rusiya səfiri Moldova XİN-ə ÇAĞIRILACAQ

Hazırda oxunan: Rusiya səfiri Moldova XİN-ə ÇAĞIRILACAQ

131629

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə XİN mətbuat katibi Daniel Voda brifinqdə bildirib.

Qeyd olunub ki, Rusiya səfiri Tatarıstan rəhbəri Rüstəm Minnixanovla bağlı vəziyyətə görə çağırılacaq.

Tatarıstan rəhbəri bir müddət əvvəl Moldovanın Komrat şəhərində keçiriləcək Xalqlar Dostluğu Qurultayında iştirak edə bilməyəcəyini bildirmişdi. Belə ki, Moldova XİN onu “arzuolunmaz şəxs” elan edib.

Rusiya Xarici İşlər Nazirliyi isə öz növbəsində məsələyə münasibət bildirərək qeyd edib ki, Rusiya Moldovanın Tatarıstan rəhbəri Rüstəm Minnixanovun ölkədə "arzuolunmaz şəxs" elan edilməsi qərarını Kişinyovun Moskvaya qarşı növbəti qeyri-dost addımı kimi qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO