Güləşçimiz Avropa çempionatında gümüş medal QAZANDI 

Güləşçimiz Avropa çempionatında gümüş medal QAZANDI 

Hazırda oxunan: Güləşçimiz Avropa çempionatında gümüş medal QAZANDI 

131542

Sərbəst güləş üzrə millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında növbəti medalını qazanıb. 

Bizim.Media xəbər verir ki, çempionatda 97 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Maqomedxan Maqomedov səkkizdəbir finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib - 12:1.  

Təmsilçimiz dörddəbir finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb - 11:0. M.Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb.  
Növbəti dəfə bu rəqibinə inamla (6:0) qalib gələn Avropa çempionumuz yenidən qitə birinciliyinin finalına vəsiqə qazanıb. Güləşçimiz titul uğrunda gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşıb.

Rəqibinə 3:4 hesabı ilə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, daha əvvəl digər güləşçilərimiz Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionatında qızıl medal qazanıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO