Ramazanın 28-ci GÜNÜ: İmsak, iftar vaxtları, GÜNÜN DUASI 

Ramazanın 28-ci GÜNÜ: İmsak, iftar vaxtları, GÜNÜN DUASI 

Hazırda oxunan: Ramazanın 28-ci GÜNÜ: İmsak, iftar vaxtları, GÜNÜN DUASI 

131526

Sabah Ramazan ayının iyirmi səkkizinci günüdür.  

Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 19-da imsak vaxtı saat 04:26-də, iftar vaxtı isə 19:38-dədir.  

İyirmi səkkizinci günün imsak vaxtı üçün duanı təqdim edirik:  

“Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin!”  

Tərcüməsi: “İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!” 

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”  

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”  

Allah orucunuzu qəbul eləsin! 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO