Tərtərin Borsunlu kəndində minaya düşən şəxs əməliyyata götürülüb.
Bərdə mərkəzi rayon xəstəxanasından Bizim.Media-nın yerli bürosuna bildirilib ki, partlayış nəticəsində 1980-ci il təvəllüdlü Elnur Asif oğlu Əsgərov sol aşağı ətrafın aşıq daban oynağı nahiyəsində travmatik amputasiya və travmatik şok diaqnozu ilə xəstəxanaya qəbul edilib.
MÖVZU İLƏ BAĞLI:
Tərtərdə 43 yaşlı kişi minaya düşüb
E.Əsgərov hazırda cərrahiyyə şöbəsində əməliyyat olunur.
Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu