Teatr Xadimləri İttifaqının yeni sədri Hacı İsmayılov – “Aktyorların maaşı artırıla bilər” – ÖZƏL 

Teatr Xadimləri İttifaqının yeni sədri Hacı İsmayılov – “Aktyorların maaşı artırıla bilər” – ÖZƏL 

Hazırda oxunan: Teatr Xadimləri İttifaqının yeni sədri Hacı İsmayılov – “Aktyorların maaşı artırıla bilər” – ÖZƏL 

131458

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsi Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" Ordenli Hacı Məcid oğlu İsmayılova verilib. 

Təyinatla bağlı Bizim.Media-ya özəl açıqlamasında H.İsmayılov bildirib ki, o qurumun digər üzvləri ilə birlikdə teatr sahəsində və inkişafında yeni işlər görəcək:  
 

MÖVZU İLƏ BAĞLI:

Məlahət Abbasova: “Təyinatımı "AzDrama"ya verdilər, Azər Paşa Nemətov məndən küsdü” - VİDEO


“Çalışdığım Akademik Milli Dram Teatrında tamaşalarda çıxış edirəm. Aylıq repertuar var, ona da uyğun olaraq tamaşalarımızı oynayırıq. Yeni tamaşaların üzərində çalışırıq. Teatrımız öz fəaliyyətini davam etdirir. Ayın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclası keçirildi. 

Orada üç Xalq artisti, iki Əməkdar İncəsənət xadimi və başqa idarə üzvlərinin yetkil qərarı ilə müvəqqəti olaraq Xalq artisti Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar olaraq, sədrin vəzifə səlahiyyətləri verildi sədrin müavininə, yəni mənə”. 

“Aktyorlar tez-tez məvaciblərinin az olması ilə bağlı müəyyən çıxışlar və şikayətlər edirlər. Keçirilən iclasda bu məsələ müzakirə olundu?” sualına isə Xalq artistinin cavabı belə olub: 

“Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclasında bununla bağlı müzakirələr aparmamışıq. Bu məsələ aktyorların özləri tərəfindən “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumunda səsləndirilib və müzakirə olunub. Aktyorların maaşı Teatr Xadimləri İttifaqına yox, Teatr Forumuna aiddir. 

Amma sözsüz ki, maaşların artımı ola bilər. Çünki indi Mədəniyyət Nazirliyi teatrlarımızla və orada olan daxili proseslərlə dərindən maraqlanır. İnanıram ki, yaxın zamanda aktyorların maaşının artımı məsələsi həll olunacaq.

Məvaciblərin artımı aslıdır dövlət qurumundan, Maliyyə nazirliyindən. Teatr işçilərinin və incəsənət nümayəndələrinin maaşları hər zaman hökümətimizin nəzarətində və gündəmdədir. Bizim məvaciblərimiz dəfələrlə artırılıb və ümid edirik ki, yenidən artırılacaq”. 
“Xalq artisti Afaq Bəşirqızının “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu”nda səsləndirdiyi “Aktyorlar üçün qəbristanlıq yaradılsın” fikirlərinə Hacı İsmayılov “O barədə münasibət bildirə bilmərəm. Heç bilmirəm o nə olan məsələdir” qısa şərh bildirib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO