Əhalinin neçə faizi ölkənin siyasi gündəmini izləyir? – SORĞU 

Əhalinin neçə faizi ölkənin siyasi gündəmini izləyir? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizi ölkənin siyasi gündəmini izləyir? – SORĞU 

131396

Əhalinin yalnız 40 faizi ölkə gündəmini davamlı izləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkə əhalisinin neçə faizi iqtisadi vəziyyətindən məmnundur? – SORĞU 


Məlumatda deyilir ki, ölkənin siyasi gündəminə ictimai maraq səviyyəsini, vətəndaşların ölkənin siyasi vəziyyəti ilə bağlı dəyərləndirmə apardıqlarını öyrənmək üçün Mərkəz tərəfindən sorğu keçirilib:

“Sorğu iştirakçılarının 39.6 faizi ölkənin siyasi gündəmini daim izlədiyini, 45.6 faizi bəzən izlədiyini bildirib, 14.6 faizi isə heç izləmədiyini qeyd edib.

Eyni zamanada, respondentlərin 46.4 faizi ölkənin siyasi vəziyyətini “yaxşı,” 41.7 faizi  “orta”, 8.1 faizi “pis” kimi xarakterizə edib. İştirakçıların 3.7 faizi isə cavab verməkdə çətinlik çəkib. 

Bundan başqa sorğuda iştirak edənlərin 36.5 faizi çətin dövrün artıq geridə qaldığını, 37.2 faizi hazırda çətin dövrdən keçildiyini, 22.7 faizi isə çətin dövrün hələ irəlidə olduğunu bildirib. 

Sorğuda bir maraqlı nəticə də əldə edilib. Beləki, aylıq gəliri 1200 manatdan yüksək olanlar ölkə gündəmini daha çox izləyirlər. Amma orta aylıq gəliri minimum əmək haqqına bərabər olanların 59.6 faizi ölkənin siyasi gündəmini bəzən izlədiyini söyləyib.
Bununla paralel ölkənin siyasi vəziyyətini “yaxşı” olaraq qiymətləndirənlər orta aylıq gəliri 1200 manatdan yuxarı olanlardır.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO