Rühəngiz Allahverdiyeva yeni EV ALDI - VİDEO

Rühəngiz Allahverdiyeva yeni EV ALDI - VİDEO

Hazırda oxunan: Rühəngiz Allahverdiyeva yeni EV ALDI - VİDEO

131383

Əməkdar artist Rühəngiz Allahverdiyeva yeni mənzil alıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Nanə Ağamalıyeva aparıcısı olduğu “Günün sədası” verilişində məlumat verib. 

Aparıcı proqramda qonaq etdiyi müğənniyə “Yeni ev almısınız. Sizi bu münasibətlə təbrik edirik. Nə zaman yeni evinizə köçürsünüz?” sualını ünvanlayıb. 

R.Allahverdiyeva isə cavab olaraq aldığı yeni evə köçmədiyini bildirib. Nanə isə tezliklə sənətçinin evində qonaq olacağını dilə gətirib. 

Qeyd edək ki, R.Allahverdiyeva bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində mənzil problemini bu sözlərlə dilə gətirmişdi:

“Mən küçədə deyiləm, evim var. Sadəcə balacadır, iki otaqlıdır, kvadratı azdır. Bir sənət adamı üçün belə darısqal evdə yaşamaq çox çətindir. Mənim çoxlu sayda geyimlərim, aksessuarlarım var. Onları da bu balaca evə sığdırmaq çox çətindir.
Hansı müğənni mənim kimi belə bir evdə yaşayır? Heç kim... Məndən qat-qat gözəl evlərdə yaşayırlar. 100 qat artıq olsun. Heç kimin də nə malında, nə də ailəsində gözüm var. Aza qane olan insanam”.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO